• +212357777 ; +994774044044
  • info@eminbazar.az
İlğım ədviyyatları

İlğım ədviyyatları

01.05.2019-cu tarixində Şirvan şəhərində “Əmin" Kafedə “Əmin Qida Sənaye” MMC və Milli Kulinariya Mərkəzinin aşpaz və qida mühəndisləri heyəti arasında “İlğım” ədviyyatlarının və ədviyyat qarışımlarının 12 çeşid milli və qərb yeməklərində istifadə olunaraq daddırılması və “İlğım Ədviyyat Sevərlər Klubu”nun yaranmasının qeyd olunması tədbiri keçirilmişdir.

Tədbiri açıq elan edən “Əmin Qida Sənaye” MMC-nin təsisçisi Məmməd Mənsimov, ədviyyat mədəniyyətinin Azərbaycanda dirçəlməsinə və inkişafına yönəlik şirkətin siyasəti haqqında danışdı. O həmçinin qeyd etdi ki, “İlğım” markası altında istehsal olan ədviyyatlar keyfiyyət baxımdan yerli bazarda 1-ci yerdədir və bunu istifadə edən ədviyyat sevərlər təsdiq edir. “Ədviyyat Möcüzəsinin Keşiyindəyik” devizi ilə yola çıxdıq. Bu deviz, bizim məqsədimizə doğru irəlilədiyimiz yolu işıqlandırır və stimul verir.
Tədbirdə iştirak edən Milli Kulinariya Mərkəzinin Direktor Müavini baş qida mühəndisi Ceyran xanım Əsgərova öz növbəsində Azərbaycan Kulinariyasına verilən bu töhvə üçün Məmməd Mənsimova və onun komandasına bütün Azərbaycan kulinarları adından təşəkkürünü bildirdi.
Daha sonra o, vurğuladı ki, “İlğım” ədviyyatları və ədviyyat qarışımları Azərbaycan Milli Kulinariya Assosiasiyası Aşpazlarının seçimidir.
Qida mühəndisi Aga Salamov çıxış edərək bildirdi ki, İlğım ədviyyatları tam qatqısızdır. Bunu nəinki Azərbaycanda, mənim iştirak etdiyim xarici ölkələrdə də test etmişik və nəticəsi olduqca müsbət olub.
Sonra dəvət olunan qonaqlar və aşpazlar əvvəl “İlğım” ədviyyatları ilə hazırlanan və Əmin DAD sexində bişirilən milli şirniyyat və tortlarımızın - Fəsəli, Zilviyyə, Acı xəmirə çörək, Darçınlı rulet, Nan, Külçə, Paxlava, Kətə, Badambura, Yulaflı peçenye və s dadlarına baxdılar.
Daha sonra isə ədviyyat və ədviyyat qarışımları ilə bişirilən 12 çeşid milli və qərb yeməklərinin dadına baxdılar və Anonim Sorğu Anketini doldurdular.
Tədbirin sonunda isə dəvət olunan bütün qonaqlara “İlğım” ədviyyatlarından ibarət hədiyyələr verildi və xatirə şəkli çəkdirildi.

Share This

Comments

Yeniliklərdən xəbərdar olun